25 yanvar 2024 at 13:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85365416
T T
0 Persons
Azərbaycan Respublikası: Bakı həmişə Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub

Tehran - İRNA - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Bakının həmişə Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olduğunu vurğulayıb.

İRNA-nın “Daily Sabah”-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası XİN-nin mətbuat katibi Josep Borrellin Avropa İttifaqının İlham Əliyevin Ermənistanla bağlı iddialarından narahat olması barədəki son açıqlamasına münasibət bildirərək deyib: “Bu sözlər faktların Borell tərəfindən açıq-aşkar təhrif edilməsi və ikili standartların və Azərbaycanın legitim maraqlarına etinasızlığın bariz nümunəsidir.”

A. Hacızadə qeyd edib ki, Aİ-nın Ali nümayəndəsi Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, rəsmi Bakıya qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır.

O, əlavə edib: “Ölkəmiz hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub.”

Sizin rəyiniz

You are replying to: .